Erməni hakerlər xəbər saytlarımıza HÜCUM ETDİLƏR

 19:45 14.07.2020     616

Erməni hakerləri "Day.az", "Milli.az", "Trend", "BİA" və "Azernews" qəzetinin saytına hücum ediblər.

Redaktor.az xəbər verir ki, serverlərə olan bu genişmiqyaslı hücum artıq bir neçə saatdır ki, davam edir.

Texniki xidmətin əməkdaşları yaranan problemləri aradan qaldırmaq üçün lazımi tədbirlər görürlər. Hazırda bəzi istifadəçilərin saytlara girişi zamanı müəyyən çətinliklər yarana bilər. Yaranmış müvəqqəti narahatlığa görə oxucularımızdan üzr istəyirik. //Trend.az