Şəhid mayor Anar Novruzovla vida mərasimi keçirilir

 20:06 14.07.2020     1307

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər nəticəsində şəhid olan Azərbaycan Ordusunun mayoru Novruzov Anar Gülverdi oğlunun nəşi doğulduğu Masallı rayonu, Ərkivan qəsəbəsinə gətirilib.

Redaktor.az xəbər verir ki, şəhid mayorun vida mərasiminə rayon icra aparatının əməkdaşları, millət vəkilləri, hərbçilər və ictimaiyyət nümayəndələri qatılıb. //APA