İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

 22:50 14.07.2020     810

Bu gün  Xarici İşlər naziri Elmar Məmmədyarov və İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio arasında telefon danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, XİN rəhbəri Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində hərbi təxribatının qarşısının alınması, bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib. O, bölgədəki gərginliyin səbəbinin Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edib və işğalçı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonundan çıxarılmasının zəruri olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Ermənistanın son hərbi təxribatı da daxil olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İtaliyanın sərgilədiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını hər zaman vurğuladığına görə təşəkkürünü ifadə edib.