Müdafiə Nazirliyindən hazırkı vəziyyətlə bağlı - RƏSMİ AÇIQLAMA

 02:13 15.07.2020     362

Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə  həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq.