PROFESSOR: Yoluxanların sayı yenidən arta bilər - SƏRT KARANTİN

 12:11 21.07.2020     3440

Bir neçə gündür Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müşahidə olunur.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, yoluxma sayının azalmasının səbəbi bir çox insanın qeydiyyata alınmadan müalicə almasıdır:

“Bəzi insanlar virusa yoluxduğunu gizlədir, qeydiyyata düşmür və buna görə də yoluxma sayında azalma müşahidə olunur. Bu baxımdan hələ yoluxmanın azalmasına aldanıb, insanlarda rahatlıq yaranmasın. Vətəndaşlar mütləq şəkildə karantin qaydalarına əməl etməlidir. Əks halda ölkədə yenidən ciddi vəziyyət yarana bilər”.

Professor xüsusi karantin rejiminin yumşaldıb, qaydalara diqqətin artırılmasının daha doğru olduğunu bildirib:

“Hesab edirəm ki, artıq xüsusi karantin rejiminin tətbiqini dayandırmaq, karantin qaydalarına nəzarəti artırmaq lazımdır. Çünki xüsusi karantin rejimində metro bağlanıb, insanlar da məcbur şəkildə avtobusdan istifadə edir və nəticdə ictimai nəqliyyatda sıxlıq yaranır. Belə olan halda da yoluxma sayı artır. Sıxlıq olan yerdə nə sosial məsafə, nə də digər karantin qaydaları gözlənilmir”, - deyə o bildirib.

Mahir Xəttab / Redaktor.az