Sevindirici xəbər: Karantin rejimi yumşaldılır - Baş infeksionist AÇIQLADI
"Koronavirusa yoluxma sayı aşağı düşərsə, karantin rejimi yumşaldıla bilər".
Bu sözləri Redaktor.az-a açıqlamasında baş infeksionist Cəlal İsayev karantin rejimin yumşaldılması ilə bağlı danışarkən deyib. O, karantin rejiminin yumşaldılmasında insanların da rolunun olduğunu bildirib:
“Artıq bir neçə gündür koronavirusla mübarizədə yaxşı nəticələr əldə olunur. Belə ki, yoluxanarın sayı sağalanların sayından xeyli aşağı düşüb. Əgər bu müsbət dinamika davam edərsə, çox güman ki, karantin rejimində müəyyən yumşalmalar olacaq. Amma hələlik bu, zaman tələb edir. Gərək hər şey təhlil olunsun ki, sonra yumşaldılma ilə bağlı qərər verilsin. Biz bir dəfə yumşaldılmaya getdik, nəticəsi isə çox ağır oldu, ölkdə yoluxma sayı kəskin artdı. Bu dəfə bir qədər ehtiyatlı olmaq lazımdır”.
Baş infeksionist bildirib ki, yumşaldılmadan sonra insanlar qaydalara əməl etməlidir:
“İstər yumşaldılmaya gedilsin, istərsə də gedilməsin, insanlar mütləq şəkildə karantin qaydalarına əməl etməlidir. Bu qaydalar çox sadədir. Ssadəcə maska taxmaq, məsafə saxlamaq tələb olunur. Bu, hava damcı infeksiyasıdır və bundan qorunmağın əsas yolları bunlardır.
Həmçinin, insanlar təmizliyi gözləyərək, qablaşdırılmış məhsullardan istifadə etməklə də yoluxma hallarının qarşısını ala bilərik. Bütün bunlara əməl etsək, virus qısa zamanda azalar və biz əvvəlki həyatımaza qayıdarıq”.
Mahir Xəttab / Redaktor.az