Gəncə sakini intihara cəhd edib

 23:15 24.07.2020     852

Gəncədə intihara cəhd hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin “Pasyolka” adlan ərazisində qeydə alınıb.

1977-ci il təvəllüdlü Qurbanov Xəyal Qəzənfər oğlu sözügedən ərazidəki yarımtikilidə özünü asıb. O, yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

İntihara cəhdin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır. //APA