Gəncədə qadın sirkə turşusundan zəhərlənib

 23:40 24.07.2020     1128

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Priyeva Rəqsanə Ədalət qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. 31 yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən