Daha bir həkim koronavirusdan öldü - Azərbaycan

 09:05 25.07.2020     1734

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə həkim Ramil Həsənli “Facebook”da məlumat yayıb.

Onun sözlərinə görə, cərrah mama-ginekoloq Valiyə Peykər koronavirus səbəbindən vəfat edib.

Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 25 nəfərə çatıb.

Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib - Gallery Image