Karantin qaydalarını pozan şəxs HƏBS EDİLDİ

 15:00 25.07.2020     3809

Cəlilabadda sərxoş vəziyyətdə karantin qaydalarını pozan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Cəlilabad sakini Ramiz Məmmədovun şəhər ərazisində müvafiq icazə olmadan yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Sərxoş vəziyyətdə olan həmin şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar Cəlilabad rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs edilib.