Qubada ahıl kişi süni göldə batıb

Quba rayonunun Vəlvələ kəndində yerləşən süni göldə boğulma hadisəsi baş verib.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində, süni göldə 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Qeyd edək ki, Quba rayonunda süni göldə batan 66 yaşlı kişinin cəsədi sudan çıxarılıb.
FHN-dən verilən məlumata görə, Quba rayonunun Vəlvələ kəndində, süni göldə batdığı ehtimal olunan 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun axtarışları başa çatıb. S. Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.