Sabirabadda qəza olub, xəsarət alan var

 00:18 26.07.2020     2209

Sabirabadda xəsarətlə nəticələnən yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaralar kəndində baş verib.

Süleymanov Pərviz Aslan oğlu idarə etdiyi 10-VB-540 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb. Qəza zamanı sürücü xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən