Azərbaycanda daha 417 nəfər COVID-19-a yoluxub

 16:57 26.07.2020     1178

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 min 50 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 min 684 nəfər müalicə olunaraq sağalıb,  417 nəfər vəfat edib, 6949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7296, ötən müddət ərzində isə ümumilikdə 683 min 548  test aparılıb.