Azərbaycanda yoluxanların sayı 30 mini keçdi - COVID-19

 20:20 26.07.2020     398

Azərbaycanda indiyədək ümumilikdə 30 min 50 nəfər koronavirus infeksiyasına yoluxub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, onlardan 22 min 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6949 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.