Reanimasiyada olan xəstələrin sayı açıqlandı

 03:15 27.07.2020     525

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 26-na olan statistik göstəriciləri açıqlayıb.

Redaktor.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 6949 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 314 nəfər reanimasiyada, 70 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 30 050 nəfər virusa yoluxub, 22 684 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 7296 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 683 548 test aparılıb.

Qeyd edək ki, bu gün 417 koronavirusa yoluxma faktı qeydə alınıb, 9 nəfər dünyasını dəyişib, 602 nəfər sağalıb.