Düşmən işğal olunmuş ərazilərdə yanğın törədib

 10:27 27.07.2020     786

Ermənistan tərəfi işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğın törədib.

Redaktor.az-ın xəbərinə görə, yanğın Ağdamın işğal altındakı Şahbulaq kəndi ərazisində müşahidə olunur.

Yanğının tüstüsü cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrindən görünür.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir.