Bakıda evdən 15 min manatlıq oğurluq olub

 11:59 27.07.2020     129

Bakıda mənzildən oğurluq olub.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Günay Əliyevanın mənzilinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 15 min manat dəyərində cehiz əşyaları oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.