Balakəndə ev yanıb - FHN

 16:23 27.07.2020     701

Balakən rayonunun Şamxal kəndində ümumi sahəsi 196 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 24 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.