"Azərişıq" rəsmisinin qohumu koronavirusdan vəfat edib

 23:25 27.07.2020     676

"Azərişıq" ASC sədrinin müşaviri Tanrıverdi Mustafayevə ağır itki üz verib.

Redaktor.az xəbər verir ki, T.Mustafayevin dayısının həyat yoldaşı Fəridə Kərimova bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib.

F.Kərimovanın uzun müddət ürək çatışmazlığından əziyyət çəkib. Son günlər isə o, ev şəraitində pnevmoniya və koronavirusdan müalicə alsa da, F.Kərimovanın həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin! // Report.az