Bakı-Sumqayıt şosesində QƏZA - FOTO

 23:55 27.07.2020     824

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə yolun Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.

Məlumata görə, Əziz Kərimliyə məxsus "Tofaş" markalı avtomobil yolun sol zolağında hərəkətsiz vəziyyətdə olub. Onun bildirdiyinə görə, avtomobili nasaz vəziyyətdə imiş. Bu vaxt vaxt "Niva" markalı nəqliyyat vasitəsi yüksək sürətlə "Tofaş"a və hərəkətdə olan Nəbi Nağıyevə məxsus "Changan" markalı avtomobilə çırpılıb.

Nəticədə "Niva"nın sürücüsü və "Tofaş"ın sürücüsü Əziz Kərimli müxtəlif bədən xəsarətləri alıb. Həmçinin avtomobillərə ciddi ziyan dəyib.

Fakt üzrə araşdırmalar aparılır. // APA

22222222