Binəqədidəki yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda açıq ərazidə 50 m² sahədə təkər tullantıları yanıb.
Bu barədə Redaktor.az-a Fövqəladı Hallar Nazirliyindən (FHN) bildirilib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Məlumata görə, yanğın saat 12:55-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.