Azərbaycanda yoluxanların sayı yenidən artdı - KORONAVİRUS

 15:57 28.07.2020     1343

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 min 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 min 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, aktiv xəstə sayı 6555 nəfərdir.