Avqustun 5-dən karantin yumşaldılacaq? - ...VƏ AÇIQLANDI!

 17:12 28.07.2020     1644

Son günlər Azərbaycanda yoluxma sayının azalması ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı məsələni gündəmə gətirir.  

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama veerən Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, yumşaldılma ilə bağlı qərar vermək üçün avqustun 5-ni gözləmək lazımdır:

“Hazırda karantin rejiminin yumşaldılması haqqında danışmaq tezdir. Çünki mövcud qərara əsasən avqustun 5-nə qədər ölkədə xüsusi rejim tətbiq edilir və qoyulan müddətin başa çatmasına 8 gün var. Virus bir günün içində arta və ya azala bilər. Yumşaldılma qərarı isə ancaq əldə olunan nəticəyə əsasən verilə bilər. Bu baxımdan, 8 gün ərzində hansı nəticələrin əldə olunacağı ilə bağlı dəqiq fikir bildirmək düzgün deyil. Amma əlbəttə ki, əgər yoluxma sayı azalmaya doğru gedərsə, müəyyən yumşaldılmaya gediləcək.

Düşünürəm ki, səbrlə verilən qərarı gözləmək lazımdır”.

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Mahir Xəttab / Redaktor.az