Qubada elektrik dirəyi aşıb, fındıq bağı yanıb

 18:45 28.07.2020     1650

Quba rayonunun Rustov kəndi ərazisində elektrik dirəyinin aşması səbəbindən yanğın baş verib.

Redaktor.az xəbər verir ki,  yanğın nəticəsində 300 m³ sahədə quru kol-kos sahəsi və vətəndaşa məxsus 30 ədədə yaxın yeni əkilmiş fındıq ağacı yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən