DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində ölüb

 11:45 29.07.2020     1248

Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xid­mətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.  

Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.