4 yeni siyasi partiya dövlət qeydiyyatına alındı

 23:47 29.07.2020     633

Azərbaycanda dövlət qeydiyyatına alınan mətbu orqanların və QHT-lərin sayı açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4 624, mətbu nəşrlərin sayı isə 5 343 təşkil edir.