Bakıda zəncirvari qəza tıxaca səbəb oldu

 09:35 30.07.2020     463

Bakıda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

Redaktor.az-ın məlumatıa görə, hadisə Tbilisi prospektində, keçmiş Nəqliyyat Nazirliyinin qarşısında qeydə alınıb.

Piyadanın keçidi üçün zolaqda dayanan avtomobillə arxadan gələn və ara məsafəni saxlamayan nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində prospektdə tıxac yaranıb.