Bakı-Qazax yolunda qadın meyiti tapıldı - YENİLƏNİB

 11:42 30.07.2020     860

Hacıqabulda meyiti tapılan qadının kimliyi məlum olub.

Redaktor.az-ın məlumatına görə, araşdırmalarla həmin şəxsin Cəngən kənd sakini, 1968-ci il təvəllüdlü Qubadlı Gülxar Tahir qızı olması müəyyən edilib. 

11:42 (YENİLƏNMƏ)

Bakı-Qazax magistralında qadın meyiti tapılıb.

Redaktor.az-ın məlumatına görə, Bakı-Qazax magistralının 105-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində 40-50 yaşlarında hələlik şəxsiyyəti məlum olmayan qadın meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı  araşdırma aparılır. //APA