Avqustun 5-dən sonra xüsusi karantin rejimi... - HANSI QƏRAR VERİLƏCƏK?

Ölkədə virusa yoluxanların sayının azalması xüsusi karantin rejiminin yumşaldılması məsələsini gündəmə gətirir.
Bəzi şəxslər əminliklə avqustun 5-dən sonra xüsusi karantin rejiminin ləğv olunacağını, ticarət və ictimai iaşə obyektlərinin, həmçinin metronun açılacağını bildirir.
Avqustun 5-dən sonra həqiqətən yumşaldılma olacaqmı?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Nazirlər Kabnetinin mətbuat katibi İbrahim Məmmədov bu haqda məlumatın olmadığını bildirib.
Millət vəkili Ramil Həsənin fikrincə is' yumşaldılma qərarı vətəndaşların davranışından və qaydalara necə əməl etməsindən asılıdır:
“Karantin rejimini yumşaltmazdan əvvəl virusun artım və azalma tempinə xüsusi diqqət etmək lazımdır.Qarşıda 4 günümüz var. Amma son günlər virusdan sağalanlar arasında artım müşahidə olunur. Təbii ki, bu, çox müsbət haldır. Əgər belə davam edərsə, vətəndaşların təyin olunmuş qaydalara əməl etməsi şərti ilə müəyyən yumşaldılmaya getmək olar. Lakin bu qərar ciddi şəkildə analiz edildikdən sonra verilməlidir. Çünki koronavirus görünməyən bir düşməndir və bu düşmənin nə zaman hücum edəcəyi məlum deyil”.
Mahir Xəttab / Redaktor.az