Azərbaycanda 339 nəfər yoluxub, 3 nəfər vəfat edib - Koronavirus

 17:06 30.07.2020     920

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, aktiv xəstə sayı 5 951 nəfərdir.

Vumart və Güvən reklamı Vumart Güvən