Bu gündən Azərbaycanda bayram tətili başlayır

 02:20 31.07.2020     373

Qurban bayramı ilə əlaqədar bu gündən Azərbaycanda 5 günlük tətil başlayır.

Redaktor.az xəbər verir ki, bu gün və sabah – avqustun 1-də Azərbaycanda Qurban bayramı qeyd edilir.

Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə, bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.