"Koronavirus testlərinin qiymətlərinə qarışmırıq" - TƏBİB

 15:43 31.07.2020     856

“Bu günə kimi dövlət tərəfindən Azərbaycanda aparılan koronavirus testləri pulsuz olub”.

Redaktor.az-ın məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, başqa müəssisələrin test qiymətləri strategiyasına qarışılmır:

“Bu, onların daxili işləridir”. //Oxu.az