Mingəçevirdə küçədə meyit aşkar olundu

Mingəçevirdə küçədə kişi meyiti aşkarlanıb.
Redaktor.az xəbər verir ki, hadisə 20 Yanvar küçəsi 10 ünvanındakı binanın qarşısında qeydə alınıb.
Təxminən 39-40 yaşlarında olan kişinin küçədə öldüyü bildirilir.
Şəxsiyyəti hələ ki məlum olmayan kişinin ölümünün səbəbi araşdırılır.