Koronavirusla bağlı son vəziyyət - Azərbaycan

 23:25 31.07.2020     488

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 31-nə olan statistik göstəriciləri açıqlayıb.

Redaktor.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7789 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 724 min 953 test aparılıb. Aktiv xəstə sayı 5548 nəfərdir, onlardan 266 nəfər reanimasiyadadır, 68 nəfər isə süni tənəffüs aparatına qoşulub.