Göyçayda evi yanan şəxs vəfat etdi - VİDEO

 04:11 01.08.2020     513

Göyçayda yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində şəxsi evdə qeydə alınıb.

Kənd sakini, 79 yaşlı Malikə Qarayevaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli ev anidən alovlanıb. Dərhal, baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev tamamilə yanaraq külə dönüb. Evinin yandığını görən sahibə Malikə Qarayeva qorxu və həyəcan keçirdiyi üçün ürək tutması səbəbindən dünyasını dəyişib.

Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. //Baku TV