Cəlilabadda 60 yaşlı kişi intihar etdi

 21:04 01.08.2020     520

Cəlilabad rayonunda intihar hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Həməşəra küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Həmin küçənin sakini, 1960-cı il təvəllüdlü Ehtiram Bəşirov özünü yaşadığı evdə asaraq intihar edib. İlkin məlumata görə, intihar onun uzun müddət xəstəlikdən əziyyət çəkməsi səbəb olub. 

Qeyd edək ki, E. Bəşirov əvvəl də intihara cəhd edib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. //Report