Gəncədə qaz partlayıb - Yaralı var

Gəncə sakini yanıq xəsarətləri alıb.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
1956-cı il təvəllüdlü Kərimov Vidadi Rəşid oğlu bədəninin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. //APA