Şəmkir sakini sirkə turşusundan zəhərlənib

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.
1986-cı il təvəllüdlü Röyal Musayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə 34 yaşlı kişi sirkə turşusunda zəhərlənib. Onun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. //APA