Mingəçevirdə zəncirvarı yol qəzası - Yaralılar var

 15:11 02.08.2020     955

Mingəçevirdə zəncirvarı yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib. İdarəetmədən çıxan dörd minik avtomobili “Mercedes”, “Vaz 2106”,  “Vaz 2107” və “Vaz 21099” markalı maşınlar toqquşub.

Hadisə zamanı “Vaz 21099” aşıb. Hadisə nəticəsində xəsarət alan bir nəfər gənc oğlan xəstəxanaya yerləşdirilib. //APA