Süni tənəffüs cihazındakı xəstələrin sayı - Azərbaycan

 22:35 02.08.2020     1136

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Bu barədə Redaktor.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 272 nəfərdir. Avqustun 1-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 267 nəfər idi.

Xəstələrdən 62 nəfər süni tənəffüs cihazına qoşulub. Ötən gün isə bu say 64-ə bərabər idi.

Hazırda ölkəmizdə 4868 aktiv koronavirus xəstəsi var. Avqustun 1-də isə aktiv xəstə sayı 5229-a bərabər idi.