Salyanda ağır qəza: Xəsarət alanlar var - FOTO

 00:44 04.08.2020     1348

alyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək əvvəlcə “Daewoo” markalı minik avtomobilinə, daha sonra isə “Toyota Prado” markalı minik avtomobilinə çırpılıb.

Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların şəxsiyyətləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo.az