Bakıda yol polisini söyən sürücü həbs edildi - FOTO

 00:58 04.08.2020     1259

Saatlı rayon sakini Abbasov Elmir İsrail oğlu yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib. 

Redaktor.az xəbər verir ki, o, idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib. 

Bu zaman sürücü yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi ilə mübahisə edib və polisin qanuni tələblərinə tabe olmayıb. Eyni zamanda nalayiq ifadələr işlədib.

Sürücü 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılıb. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub. 

Məhkəmənin qərarı ilə sürücü 20 gün müddətində inzibati qaydada həbs olunub. Həmçinin, karantin qaydalarını pozduğuna görə də protokol tərtib edilib. //Avtosfer.az