Fəttah Heydərov I Fəxri xiyabanda dəfn ediləcək

 10:58 04.08.2020     2325

Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub.

Redaktor.az-ın verdiyi xəbərə görə, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar.

F.Heydərov son zamanlar uzun müddət xəstəxanada müalicə olunub. Lakin son günlər vəziyyəti kritik olaraq ağırlaşdığı üçün xəstəxanadan çıxarılaraq evə aparılıb.

Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.