Ehtiyatsızlıqdan həyat yoldaşını güllələyib öldürdü - Qazax

 11:11 04.08.2020     3514

Avqustun 4-də saat 01 radələrində Qazax rayonu ərazisində 1973-cü il təvəllüdlü Maral Osmanlının güllələnməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.

Prokurorluqdan Redaktor.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri Ayaz Osmanlının təmizlik işləri apararkən təklülə ov tüfəngini açmaq istəyərkən barmağının tətiyə toxunaraq atəş açılması nəticəsində qarşısında dayanan arvadı Maral Osmanlıya xəsarət yetirərək onu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.