DİQQƏT! 190 manatla bağlı YENİ XƏBƏR

 16:43 04.08.2020     2235

“190 manatı kartından çəkməyən insanların kartının bloklanması məsələsinə yenidən baxılmalıdır”.

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.

O bildirib ki, aprel ayında verilən 190 manat mayda da verilib: “Yenidən qapanmaya gedilib. Buna görə də insanlara 190 manat ödəniş yenidən verilməlidir. Operativ Qərargah bu məsələyə konkret münasibət bildirməyib. Burda düşünməli bir şey yoxdur. Qapanmalara gedilibsə, ödəniş verilməlidir”.