Bakıda 22 yaşlı gənci avtomobil vurdu

 00:22 05.08.2020     687

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

"28 May" metrostansiyasının yaxınlığında yolu keçən Abbasov Vasif İlqar oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. //Report.az