TƏBİB: Xəsarət alan 7 nəfərdən birinin vəziyyəti ağırdır - Zavodda yanğın

 13:36 07.08.2020     3204

“Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb”.

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”.

Qeyd edək ki, bu gün SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib. //APA