Qubada avtomobil oğrusu saxlanılıb - FOTO

 13:20 08.08.2020     1431

Qubada avtomobil qaçıran şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, Quba rayon sakini Sərxan Məmmədov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzində qaçırdığı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.