Beyləqanda avtomobil qaçıran şəxs tutulub

 15:37 08.08.2020     837

Avqustun 6-da Beyləqan rayonunun Eyvazallar kəndi ərazisindən Ağcabədi rayon sakini Z.Həsənovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Q.Həsənli polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun daha bir ”VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.