Sumqayıt sakini 2-ci mərtəbədən yıxılaraq ölüb

 16:28 08.08.2020     604

Sumqayıt sakini yaşadığı binanın 2-ci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

Redaktor.az xəbər verir ki,  hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb.

Ağır xəsarət alan şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Şahin Allahyar oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. //APA